Ərdoğanın İŞİD-lə əlaqələri üzə çıxdı-VİDEObackend

Ərdoğanın İŞİD-lə əlaqələri üzə çıxdı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli millət vəkili Ərən Ərdəm hakim partiya AKP-nin İŞİD-lə əlaqələrini sübut edən sənədləri nümayiş etdirib.

Millət vəkili bildirib ki, təhlükəsizlik orqanlarının izləməkdə olduğu şəxslər İŞİD-ə qoşulmaq istəyən 1800 cihadçını Türkiyə üzərindən Suriyaya yola salıblar. Suriyada yaralanan İŞİD üzvləri cinayət məsuliyyətinə cəlb edildikdən sonra sərbəst buraxılıb, İstanbulda müalicə olunduqdan sonra yenidən Suriyaya terror dəstəsinin sıralarına qayıdıblar.

Sənədlərin göstərildiyi video qısa zamanda sosial şəbəkələrdə böyük maraq yaradıb. Həmin videonu sizə təqdim edirik.(cümhuriyyət.az)