Hərbi xidmətdən möhlət hüququ verilən doktoranların sayı AÇIQLANDIbackend

Hərbi xidmətdən möhlət hüququ verilən doktoranların sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Modern.az saytna açıqlamasında Milli Elmlər Akademiyasının (AMEA) Elm və təhsil idarəsi Təhsil şöbəsinin rəisi Ömər Gülalov bildirib.

Şöbə rəisi bu il doktoranturaya qəbul olunan oğlan və qızların sayını da açıqlayıb:

“Doktoranturaya sənəd verənlər 97 nəfər idi. Onlardan 77-si qəbul olunub. 77 nəfərdən isə 25-i oğlan , 52 nəfəri isə qız doktorantlardır. Bu da qəbul planın 82,79 faiz hissəsini təşkil edir”.

Ömər Gülalov deyib ki, doktorantlar bu il daha çox humanitar elm sahələrini seçiblər:

“Ümumilikdə, seçimdə daha çox humanitar sahə üstünlük təşkil edir. Amma qadınlar daha çox humanitar ixtisaslara, kişilər isə texniki və dəqiq elm sahələrini seçiblər”.

Akademiyanın şöbə rəisi deyib ki, doktoranturaya qəbul olunan oğlanlar istəsələr hərbi xidmətdən sonra da təhsillərini davam etdirə bilərlər:

“Bildiyimiz kimi, bu ildən magistr və doktorantlara da hərbi xidmətdən möhlət hüququ verildi. Doktoranturaya qəbul olunan oğlanlar istəsələr könüllü şəkildə hərbi xidmətə gedib və qayıtdıqdan sonra doktoranturada təhsillərini davam etdirə bilərlər.
Yəni bu qanunun qəbul olunmasına baxmayaraq, doktoranturaya qəbul olan oğlanlardan kimsə könüllü şəkildə hərbi xidmətini çəkə bilər”.

Şöbə rəisi doktoranturaya qəbul olunan oğlanları ölkə prezidentinin bu il onlara verdiyi hərbi xidmətlə bağlı möhlət hüququndan maksimum faydalanmağa çağırıb:

“Amma hərbi xidmətdən sonra insanda elm və təhsilə həvəs əvvəlki kimi olmur və bu, bir qədər zəifləyir. Biz məsləhət görürük ki, ölkə prezidenti cənab İlham Əliyevin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən sərəncamından yetərincə faydalansınlar.
Yəni doktoranturaya qəbul olunan oğlanlar təhsillərini başa vurub, daha sonra hərbi xidmətə getsinlər.
Pezidentin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verməsi çox böyük və mütərəqqi addımdır. Bu sərəncam akademiya üçün bundan sonra böyük kəmiyyət və keyfiyyət kəsb edəcək. Alim olmaq istəyənlərin sayı birə-beş artacaq”. (modern)

İnterpress.az