Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyeva və Dilqəm Əsgərova baş çəkilib. Bu barədə ANS PRESS-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Başçəkmə iyunun 28-də gerçəkləşib. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.
Komitə rəsmisinin sözlərinə görə, BXQK-i Dilqəm Əsgərova və Şahbaz Quliyevə ailələrinə məlumat çadırmaq və məlumat almaq üçün şərait yaradılıb.
Girov Şahbaz Quliyevin bacısı İradə Quliyeva qardaşına məktub göndərdiyini, lakin hələ ki, qardaşından gətirilən məktubun ona çatdırılmadığını deyib.
Ermənilərin qətlə yetirdiyi Həsən Həsənov
Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Ötən il Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. (ans)
İnterpress.az