Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, “Baku Steel Company”nin işçiləri olan həmin şəxslər Elsevər Əlisahib oğlu İbadullayev və Nüsrəddin Abdulxalıq oğlu Səfərovdur.
İ.Məmmədov əlavə edib ki, xəsarət alan qalan 3 nəfər isə digər təşkilatların işçiləridir: “Hazırda araşdırma aparılır ki, onlar hansı təşkilatın üzvləridir. Bu, müəyyən olunduqdan sonra biz dərhal hadisənin tədqiqatını aparacağıq. Hazırda bizim əməkdaşlar hadisə yerindədirlər”. ( trend.az )
İnterpress.az