Deputat Fərəc Quliyevin 81 yaşlı həkim əmisi 33 yaşlı ananı öldürdübackend

Deputat Fərəc Quliyevin 81 yaşlı həkim əmisi 33 yaşlı ananı öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqiyyə Veyisova: “Həkimin arxası var, bizim kimimiz var?”

Sumqayıt şəhər sakini, 3 uşaq anası, 33 yaşı Lumu Veyisova əməliyyatdan 3 gün sonra dünyasını dəyişib. Mərhumənin qaynanası Şərqiyyə Veyisovanın Meydan TV-yə verdiyi məlumata görə, o, iyunun 26-da öd kisəsindəki ağrılarla Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Qadın həkim müayinəsindən keçdikdən sonra iyunun 27-də əməliyyat olunub. Lakin əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və o reanimasiyaya yerləşdirilib. Onu həyata qaytarmaq mümkün olmayıb.

Xəstəxanadan yaxınlarına əməliyyat zamanı damarların zədələndiyini, nəticədə qanaxma baş verdiyini deyiblər:

“Elə kəskin ağrıları yox idi. Qusması, sancıları vardı. Apardıq xəstəxanaya. 81 yaşlı həkim baxdı, dedi ki, əməliyyat olunmalıdır. Təcili götürdülər əməliyyata. Yaşlı kişidir, əli əsib damarı kəsib. Üç balamı yetim qoydular. Ataları yox idi, analarını da həkim öldürdü”.

Şərqiyyə Veyisova gəlinini iyunun 30-da dəfn etdiklərini bildirdi. O, hadisə ilə bağlı şikayət etməyəcəklərini deyir:

“Xəstəxanadan bizi hədələdilər ki, əgər şikayət etsəniz, cəsədi qəbirdən çıxarıb yaracaqlar. Həkimin də 81 yaşı var. Kimdi ona cəza verən? Onun arxası var. Bizim kimimiz var?”

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov faktı təsdiqləyib: “Xəstə iyunun 26-da kəskin ağrılarla Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. 27 iyun tarixində isə həkim onu əməliyyat edib. Xəstənin öd kissəsində ağır irinli proses olub, ətraf damarlarda da irinləşmə prosesi gedib. Həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb”.

R.Sadıqov xəstənin ölümündə həkim səhlənkarlığının olmadığını deyib: “Həkim yaşlı olsa da, çox təcrübəlidir. O, uzun müddətdir ki, həkim fəaliyyəti ilə məşğul olur. Cəfər həkim “Şöhrət” ordenlidir. O, ölkədə tanınmış cərrahdır”.

Deputat Fərəc Quliyevin 81 yaşlı həkim əmisi 33 yaşlı ananı öldürdü

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova İnterpress.az saytına açıqlamasında deyib ki, L.Veyisova xəstəxanaya daxil olarkən öd kisəsi yolları tutulmuş, qarın boşluğu dağılmış vəziyyətdə olub: “İyunun 29-da edilən bütün yardım və cəhdlərə baxmayaraq, xəstə dünyasını dəyişib. Yalnız ekspertizadan keçəndən sonra bilmək olardı ki, xəstənin ölümündə həkim səhlənkarlığı olub, yoxsa yox. Xəstənin yaxınları isə patoloji müayinədən imtina ediblər”.

Həkim Cəfər Quliyev deputat Fərəc Quliyevin əmisidir. L.Veyisovanın yaxınları hesab edir ki, məhz bu səbəbdən də 81 yaşlı Cəfər Quliyev hələ də cərrah kimi fəaliyyət göstərir.(azvision.az)

İnterpress.az