ABŞ səfiri İlham Əliyevlə-Serj Sarkisyanın növbəti görüşünün tarixi barədəbackend

ABŞ səfiri İlham Əliyevlə-Serj Sarkisyanın növbəti görüşünün tarixi barədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin mövqelərini yaxınlaşdırmaq üzərində işi davam etdirirlər. Bunu Bakıda ABŞ-ın Müstəqillik günü münasibətilə təşkil edilən rəsmi qəbulda Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Diplomat bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi hələ məlum deyil. Səfir xatırladıb ki, ABŞ-ın dövlət katibi ötən gün telefonla Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

\”ABŞ münaqişənin həllinə böyük səy göstərir\”, – səfir bildirib. Sekuta Azərbaycan və ABŞ əməkdaşlığı barədə də danışıb. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq bütün istiqamətlər üzrə inkişaf etdirilir.

Səfir ABŞ-ın Azərbaycanda energetika sahəsinin inkişafını dəstəklədiyini qeyd edib: \”Biz Azərbaycanın ABŞ-ın İraq, Kosova və Əfqanıstandakı sülhməramlı missiyalarında iştirakını qiymətləndiririk\”.

Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanın multikultural tarixini yüksək qiymətləndirir və rəsmi Bakı ilə bütün sahələrdə güclü münasibətlər qurur.

ABŞ-ın yaranma tarixindən də danışan R.Sekuta bildirib ki, bu il Birləşmiş Ştatlar təkcə ölkənin müstəqilliyinin 240 illiyini deyil, həm də Azərbaycanla əlaqələrin qurulmasının 25 illiyini qeyd edir.

ABŞ səfiri İlham Əliyevlə-Serj Sarkisyanın növbəti görüşünün tarixi barədə

Samir Şərfiov – Maliyyə naziri

Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini ikiqat artıracağına ümidvar olduğunu bildirib.

Nazir qeyd edib ki, ABŞ və Azərbaycan arasında əməkdaşlıq strateji səviyyəyə çatıb: \”Biz tərəflər arasında fəal siyasi dialoqun davam etdirilməsini qiymətləndiririk. Ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı, həmçinin energetika sahəsində əməkdaşlıq prioritetdir\”.

S.Şərifovun sözlərinə görə, Azərbaycan gələcəkdə də ABŞ ilə terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq etməyə hazırdır. (ans)

İnterpress.az