Bakı Bulvarında yerləşən əksər çay evlərində sadə çay içmək istəyənlərə Xəzərin duzlu suyunu göstərirlər…
Verilən xəbərə görə, sadə qəndlə çay istəyən müştərilərə çay verilmir. Bulvardakı \”Delfin\” çay evində olan əməkdaşımıza bildirilib ki, onlarda çayın minimum qiyməti 6 azn – dir. \”Rast\”, \”Xəzər\”, \”Palma\”, \”Lalə\” kafelərinə də baş çəkən əməkdaşımız burada da eyni mənzərənin şahidi oldu.
Bulvarın mühafizəsi ilə məşğul olan adının çəkilməsini istəməyən əməkdaşsa müxbirimizə bildirib ki, kafelərin sadə çay verməməsi qanunsuzdur. Bulvarın bütün kafeləri 2 azn-ə limonlu sadə çay xidməti göstərməlidilər. (moderator.az)
İnterpress.az