Gəncədə bıçaqlanmabackend

Gəncədə bıçaqlanma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər sakini, 21 yaşlı Altun Hümbətov sağ əlin barmaqlarının kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

Vəziyyəti normal qiymətləndirilir. Yaxınlarının dediyinə görə A.Hümbətov Gəncə çayının sahilində olan bulvarda tanımadığı dalaşan iki nəfəri ayıran zaman əlindən bıçaq yarası alıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. ( virtualaz.org )

İnterpress.az