AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ukraynanın Odessa şəhərinin polis rəisi Giorgi Lortkipanidze əslən çeçen olan terrorçunun pul qarşılığında hökumətə terrorçularla bağlı məlumat verdiyini bildirib.
Qeyd edək ki, Rusiyanın Şimali Qafqaz regionundan olduğu bildirilən Çatayevin İŞİD-də yüksək vəzifələr daşıdığı deyilir. ABŞ Konqresi üzvü və Daxili Təhlükəsizlik Komitəsinin Rəhbəri Michael Mccaul “tək qollu” ləqəbi ilə tanınan terrorçunun dəfələrə Suriyadakı müharibələrdə iştirak etdiyini qeyd edib: “Dəfələrlə Suriyaya gedib və qruplaşmada “müharibə nazirliyində” yüksək səviyyəli əməliyyatları idarə edib”.
Xatırladaq ki, Türkiyə polisinin “ilanın başı” olaraq adlandırdığı terroçu Əhmet Çatayev “tək qol” ləqəbi ilə tanınır. O, belə bir ləqəbi 2000-ci illərin əvvəlində Rusiyada həbsdə olarkən “qanqrena” yaranan qolunun kəsilməsinə görə alıb. Çatayev 2003-cü ildə həbsxanadan qaçıb.
İnterpress.az