RİA \”Novosti\” xəbər verir ki, bu barədə ölkənin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin vilayət üzrə İdarəsinin məlumatında bildirilir.
\”Andropovski rayonunun \”Qafqaz\” federal avtomobil yolunun 296-cı km-də Mineralnıe Vodı şəhərindən Nevinnomıssk şəhəri istiqamətində hərəkətdə olan \”Mercedes\” markalı avtomobilin sürücüsü qarşıda hərəkətdə olan \”Kamaz\” nəqliyyat vasitəsi ilə məsafəyə əməl etməyərək onunla toqquşub\”, — deyə məlumatda bildirilir.
DYHTM-nin məlumatına görə, \”Mercedes\”in üç sərnişini aldığı travmalardan hadisə yerində keçinib, sürücü və daha daha iki sərnişin, o cümlədən 15 yaşlı qız müxtəlif dərəcəli
bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
\”Xarici maşının sürücüsü və sərnişinləri Azərbaycan Respublikası vətəndaşlarıdırlar, onlar sərhədi bu gün keçiblər və Rostov-na-Donu şəhərinə istiqamət alıblar. Faktla bağlı cinayət işinin qaldırılması məsələsinə baxılır. Araşdırma aparılır\”, – deyə məlumatda qeyd olunub. (virtualaz.org)
İnterpress.az