Bu barədə qərar Avstraliyanın Hainfeld şəhərində verilib. Şəhər şurası hovuza qapalı girməyi qadağan edən layihəni dəstəkləyib.
Bu qadağaya səbəb kimi isə hovuzların \”sağlamlıq tələblərinə uyğunlaşdırılması\” göstərilib.
Hainfeld Bələdiyyəsinin başçısı Albert Pitterle qərarın üzmə qaydalarına müvafiq olaraq verildiyini deyib.
Müsəlman qadınlarına geyimləri ilə bağlı daha bir qadağa isə İsveçrədə qoyulub. İsveçrənin italyan dilində danışılan cənub bölgəsində yerləşən Ticino şəhərində bəzi müsəlman qadınların istifadə etdiyi və bütün üzü qapayan geyimin – niqabın ictimai yerlərdə geyilməsini qadağan edilib.
Qanuna tabe olmayanlar 100 min (157 AZN) və ya 10 (15 AZN) min frank cərimə olunacaq.
Əslində Ticino bölgəsində 2013-cü ildə keçirilən referendumla üzü tamamilə qapayan geyim icazəsi qadağan edilmişdi. Lakin qadağa bu gündən qüvvəyə minib. (ans)
İnterpress.az