Daşan Kiş Şəkini susuz qoydubackend

Daşan Kiş Şəkini susuz qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Şəkinin dağlıq ərazilərinə yağan yağışlar nəticəsində Kiş çayının daşması şəhərin su təchizatını iflic vəziyyətə salıb. Məlumata görə, hazırda şəhərdə içməli su yoxdur. Bu gün səhər saatlarından başlayaraq yaranan problemləri aradan qaldırmaq üçün “Azərsu” ASC-nin sədr müavini, texniki işlər üzrə direktor müavini və qurumun əməkdaşları şəhəri su ilə təmin edən drenaj sisteminin yerləşdiyi əraziyə baxış keçiriblər.

Şəhərin su təchizatının dayanmasına səbəb drenaj sistemini lil qatının örtməsidir. Hazırda lil təmizləyən maşınlar sistemin təmizlənməsi və içməli suyun verilməsinin bərpası istiqamətində işlər aparırlar.

Rayon icra hakimiyyətinin başçısı Elxan Usubov açıqlamasında hazırda qarşıda duran əsas məqsədin şəhərlə Kiş kəndini birləşdirən körpünün və su verilişinin yenidən bərpası olduğunu deyib.

Təbii fəlakət zamanı dayandırılan elektrik enerjisinin verilişi ötən gündən bərpa edilib. Hazırda qaz və su verilişinin bərpası istiqamətində işlər aparılır.

Rayon icra hakimiyyətindən bildiriblər ki, suyun verilişi sabaha qismən bərpa ediləcək. Hazırda yerli qurumların 8, “Azərsu”nun isə 11 maşını rayonda problemlərin aradan qaldırılması istiqamətində işlər aparır.

Bu gün Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyasının rayona gələrək dəyən ziyanı hesablamaq üçün işlər aparacağı gözlənilir. Kiş çayı rayonun 80% əhalisini içməli su ilə təmin edir. (ans)

İnterpress.az