Azərbaycanlılara hücum edən neo-nasistlərə hökm oxunubbackend

Azərbaycanlılara hücum edən neo-nasistlərə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, məhkəmə müəyyən edib ki, əksəriyyətini yetkinlik yaşına çatmayanların təşkil etdiyi qruplaşma üzvləri, xüsusilə Azərbaycan, Özbəkistan, Gürcüstan və Buryattidən gələn şəxslərə hücum ediblər.

Onlar, həmçinin Qurani Kərimi yandırmaq, videosunu internetə qoyaraq müsəlmanları İslamdan dönməyə məcbur etməklə də məşğul olublar.

Gənclərin cinayətkar əməlləri sayəsində bir nəfər irqi ayrıseçkilik zəminində həyatını itirib. Qrupa başçılıq edən 23 yaşlı Aleksandr Sokolov ən çox – 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə yeniyetmələri irqi ayrıseçkilik zəminində sağlamlığa qəsdən xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olma, həmçinin milli ədavət zəminində nifrət və düşmənçilik yaratmaqda müqəssir bilib. (musavat)

İnterpress.az