İnterpress.az-ın ABNA- Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, Bəhreyndə qadın hüquqları uğurunda mübarizə aparan aktivist, 3 uşaq anası olan Fəxriyyə Muslimi qətlə yetirilib.
Vəhhabi rejimi, Fəxriyyə Muslimin qəfil terror hadisəsi nəticəsində həyatını itirdiyini iddia etsə də Bəhreynin siyasi və mədəni aktivistləri onun, maşın sürdüyü zaman aldığı güllə yarasından öldüyü deyilir.
Məlumata görə, ötən gün, Fəxriyyə Muslimin cənazəsi torpağa tapşırılarkən mərasim iştirakçları “Zillət bizdən uzaqdır”, “Allah səndən daha böyükdür ey Həmd”, “Bu cinayətin məsuliyyətini Həmd daşıyır” şüarlarını səsləndiriblər.
Vəhabilərin güllələdiyi qadının dəfni öz izdihamı ilə ölkəni silkələyib.
İnterpress.az