\”The İndependent\” yazır ki, 2004-2013-cü illər arasında Amerikanın Virginia ştatında yaşı 18-dən az 4500 uşaq evləndirilib. Bu qızlardan 200-ü hələ 15 yaşına çatmamışdı.
Məqalədə deyilir ki, nəhayət ötən həftə ştatın rəhbərliyi qanuna dəyişiklik etmək qərarına gəlib. Bu dəyişiklik innən belə 12-13 yaşlı qızların ərə verilməsini cinayət əməli sayacaq. Köhnə qanun variantında bu yaşda olan qızlar uşağa qaldırqları halda valdeynlərinin razılığı ilə ərə verilə bilərdilər.
Bu qanun dəyişikliklərinin qəbul olunması üçün illərdir mübarizə aparan kampaniyaçılar deyirlər ki, qanun dəyişikliyi 21-ci əsrdə zorla ərə vermə, insan alveri və azyaşlılarla cinsi əlaqə kimi halların qanunlarla pərdələnməsinə son qoyacaq.
Kampaniya qrupu bunu da iddia edir ki, 18 yaşınadək ərə verilən qızlar 21 yaşında və daha sonra ərə gedən qızlardan 3 dəfə artıq ərləri tərəfindən döyülmək riski ilə üzləşirlər.
\”The İndependent\” yazır ki, ABŞ-da nikah qanunları ştatdan ştata fərqlənir. Bəzi məlumatlara görə azı 6 ştatda qızların öz valideynlərinin razılığı ilə 16 yaşından da tez ərə getməsinə icazə verilir.
65 yaşlı bəy, 12 yaşlı gəlin
Bu ilin əvvəllərində Youtube məşhurlarından Coby Persin New York şəhərinin Times Square meydanında belə bir eksperiment aparıb. Bu eksperimentdə 65 yaşlı kişi 12 yaşlı qızla bəy-gəlin kimi şəkillər çəkdirirdi. Yoldan ötənlərin reaksiyası qəzəbdən təəcübə qədər ən müxtəlif olmuşdu.
\”Lakin New York sakinlərindən heç biri uşağın ərə getməsinə fəal etirazla müdaxilə etməmişdi\”, – Persin deyib.
\”The Washington Post\” yazır ki, Virginiyadakı qanun dəyişikliyinə bənzər qanunvericilik aktları California, Maryland, New Jersey və New Yorkda da qəbul edilib.
Bu dəyişikliyə görə18 yaş qızların ərə getməsi üçün minimum hədd kimi təsdiq olunub.
16 yaşlılar üçün məhkəmələr istisnalar edə bilər, lakin \”valideynlərin razılığı\” və \”hamiləlik\” müddəaları qanunlardan çıxarılıb.
Təcavüz və nikah
\”The Tahirih Justice Centre\” adlı təşkilatın ekspertləri bildirirlər ki, qanunun keçmiş variantı qızlara qarşı təcavüzdə bulunanları sadəcə evləndirmə ilə məsuliyyətdən azad edirdi.
Ekspertlər bidlirirlər ki, uşaqkən ərə verilmiş qızların 50 faizi məktəbi başa vura bilmirlər, onların universitetlərə daxil olub ali təhsil alması şansları normal yaşda evlənənlərdən 4 dəfə azdır.
Hökumətlərə siyasi məsləhətlər verən Dünya Siyasət Mərkəzinin (The World Policy Centre) hesabatında deyilir ki, dünya ölkələrinin 88 faizində qızların ərə getməsi üçün minumum olaraq 18 yaş həddi qüvvədədir. \”The İndependent\” Persinə istinadən yazır ki, hazırkı templərlə hər gün 33 min qız uşağı ərə verilir. (virtualaz.org)
İnterpress.az