Bakıda 1 milyonluq dələduzluq – Yanan bina işində “açar fiqur” tapıldıbackend

Bakıda 1 milyonluq dələduzluq – Yanan bina işində “açar fiqur” tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az xəbər verir ki, mağaza sahiblərini illərdir tanıdıqları, bir yerdə işlədikləri Ruslan Babayev adlı şəxs aldadıb. Məlumata görə, R.Bababyev icarəyə götürdüyü mağazanın sahibi Çingiz Məmmədovla əlbir olub, sahibkarların etimadından istifadə edərək, onlardan təxminən 1 milyon manat civarında, pul və qızıl-zinət əşyaları borc kimi alıb və qaytarmayıb. Bununla bağlı zərərçəkənlərini bir neçəsi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət edib.

Şikayətçilərin sözlərinə görə, R.Babayevlə əvvəlcə MUM-da bir yerdə işləyiblər, sonradan o, yaxınlıqda – Nizami küçəsiylə İslam Səfərli küçəsinin kəsişməsində yerləşən obyektin bir hissəsini icarəyə götürərək, ayrıca fəaliyyət göstərməyə başlayıb: “Ruslan MUM-dan çıxıb yaxınlıqda ayrıca mağaza götürdü və ondan sonra borcları yaranmağa başladı. İndi hamını aldadıb, yoxa çıxıb, tapa bilmirik”.

Zərərçəkənlər hesab edir ki, R.Babayev icarəyə götürdüyü mağaza sahibi ilə birlikdə bu işləri həyata keçirib: “Ruslana borcun çoxu Çingiz Məmmədova verilib. O çox imkanlı və məşhur adamdır. Onun icarədarının belə bir dələduzluq etməsinə heç kim inanmazdı. Bizə belə gəlir ki, o qədər pulun yeyilməsində elə Ç.Məmmədovun da əli var”.

Sahibkarlar deyib ki, məsələ ilə bağlı Çingiz Məmmədovun yanında olublar və o ittihamları rədd edərək, Ruslan Babayevdə polisə şikayət etdiyini bildirib: “Bizə dedi ki, guya ona da 150 min manat pul atıb”.

Qeyd edək ki, Çingiz Məmmədov şəhərin mərkəzində bir neçə böyük obyektin sahibidir. O, həmçinin Binəqədinin İcra başçısı Xaləddin İsgəndərovun yaxın dostu kimi tanınır. Məlumata görə, Ç.Məmmədov bir müddət İcra Hakimiyyətinin qeyri–rəsmi işçisi olub, rayonda tikinti-quruculuq işlərinə nəzarət edib. Ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasındakı yanğından sonra Çingiz Məmmədovun bəzi yeyintilərinin, qeyr-qanuni əməllərinin üstü açılır və o İcra Hakimiyyətindən uzaqlaşdırılırş. Başqa bir məlumata görə icra başçısı Çingiz Məmmədovu işdən uzaqlaşdırmaqla əslində, onu qorumağa çalışıb.
Çünki yanan binaya görə məhz onun həbs olunma ehtimalı daha çox olub.

Davamı olacaq.

İnterpress.az