Bu barədə Fransa parlamentində yaradılmış İstintaq komissiyasının tövsiyəsində deyilir.
Komissiyanın fikrincə, müxtəlif xüsusi xidmətlər vahid agentlik altında birləşdirilməlidir. Komissiyanın sədri Georges Fenech ABŞ Milli Antiterror Mərkəzinə oxşar orqanın yaradılması təklifi ilə çıxış edib: “Beynəlxalq terrorizmlə üzə-üzə gəldiyimiz üçün biz kəşfiyyat məsələlərində daha çox qətiyyət göstərməliyik”.
İstintaq komissiyası Belçika hakimiyyət orqanlarını ötən ilin noyabrında Parisdə baş verən terror aktının təşkilatçılarından olan Salam Abdeslamın tutulması istiqamətindəki ləng fəaliyyətinə görə tənqid edib.
Qeyd edək ki, ötən lin yanvar və noyabr aylarında Parisdə baş vermiş terror aktları nəticəsində ümumilikdə 147 nəfər ölüb. (apa)
Interpress.az