Putin-Lavrov planı: Danışıqlara dair DETALLARbackend

Putin-Lavrov planı: Danışıqlara dair DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan KİV-nin yaydığı məlumata görə, jurnalist 2011-dəki Kazan danışıqları zamanı Rusiyanın münaqişə tərəflərinə təqdim etdiyi sülh paketinin 1997-ci ildə Levon Ter-Petrosyana verilən paketlə eynilik təşkil etdiyini deyib.

O, Petrosyanın 1997-ci ildə istefaya göndərilməsinə səbəb olan həmin sənədin bu gün Serj Sarkisyan tərəfindən qəbul olunacağına əminlik ifadə edib.

“Hesab edirəm ki, Kazan sənədləri öz şərtləri etibarilə 1997-ci ildə Levon Ter-Petrosyana təklif edilən və o zamankı baş nazir Robert Koçaryan, daxili işlər naziri Serj Sarkisyan və nüfuzu sərhəd tanımayan Vazgen Sarkisyan tərəfindən aqressiv formada rədd edilən həll paketi ilə eynidir.

Bu gün danışıqlar masasında yeniləşdirilmiş Kazan sənədləri dayanır. Öncəki Kazan sənədlərini Azərbaycan rədd etmişdi. “Putin-Lavrov planı” ilə Petrosyana o zamanlar təklif edilən həll paketinin oxşarlığı ondadır ki, hər iki halda Dağlıq Qarabağın yekun statusu qeyri-müəyyən müddətə qədər təxirə salınır. Amma Rusiyanın təklifində müəyyən üstünlük var ki, bu da Azərbaycanın heç zaman qəbul etməyəcəyi referendum təklifidir.
1997-ci ildə olduğu kimi, “Putin-Lavrov planı”nda da statusun müəyyənləşməsi təxirə salınır. Ərazi məsələsi isə Petrosyanın 1997-ci ildə təklif etdiyi yolla həll olunacaq. Burada iki mühüm məqam var. Birincisi, 1997-ci ildə verilən təklifdən fərqli olaraq, “Putin-Lavrov planı”nda Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması məsələsi gələcəyə saxlanılır və yalnız 5 rayon boşaldılır. Ermənistan və Dağlıq Qarabağ rəhbərliyi bunu qəbul edəcəkmi?”.

Tatul Akopyan Levon Ter-Petrosyanın danışıqlarla bağlı səmimi çıxış etdiyini və “Müharibə yoxsa Sülh? Düşünmək zamanıdır” adlı məqaləsində mərhələli həll yollarını açıq göstərdiyini, məhz buna görə postunu itirdiyi yazır. Amma jurnalist Serj Sarkisyanın fərqli yolla getdiyini, cəmiyyətə heç bir məlumat vermədiyini vurğulayır.

“Serj Sarkisyan isə heç nə demir. Heç kəs bilmirdi ki, o, 5 il əvvəl Kazan görüşündə mərhələli həllə razı olub. Yalnız müharibə və verilən itkilərdən sonra belə razılaşmanın olduğunu etiraf edib. Levon Ter-Petrosyan 1997-ci ildə əldə edilən razılaşmaya görə, məsuliyyəti şəxsən daşıdığını göstərirdi. Lakin Serj Sarkisyan Kazan razılaşmalarına görə, məsuliyyətdən özünü yayındıra bilib”.

İnterpress.az