Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.
Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
İnterpress.az