\”Abxaziyanın vitse-prezidenti Vitali Qabnia daxili işlər naziri Leonid Dzapşbanın işdən çıxarılması barədə prezident fərmanını oxuduqdan sonra mitinqçilər dağılışmağa başladılar.
Müxalifətin DİN binası qarşısındakı mitinqi kütləvi iğtişaşa çevrilib və 10 saat davam edib”, – deyə məlumatda bildirilib.
Daxili işlər naziri vəzifəsinin icrası birinci müavin Boris Abitova həvalə olunub.
* * *01:15
Abxaziyada DİN-in binasını mühasirəyə alan müxalifət tərəfdarları ona yenidən basqın ediblər.TASS xəbər verir ki, xəsarət alanlar var.
RİA Novosti isə xəbər verir ki, etirazçılar binanın əsas girişinə daxil ola biliblər. Onlar istefasını tələb etdikləri daxili işlər naziri Leonid Dzapşbaya xitabən “Bayıra çıx!”, “Bayıra çıx!” şüarları səsləndirirlər.
Məlumata görə, xəsarət alanlar arasında hər iki tərəfin təmsilçiləri var. Onların hamısına yerindəcə kömək göstərilib.
* * *23:36
Suxumidə Daxili İşlər Nazirliyi qarşısında mitinq keçirənlər binanın önündəki günlüyə “Molotov kokteyli” atıblar.
“Sputnik Abxaziya”dan bildirir ki, artıq bir neçə saatdır DİN-in binasında separatçı Abxaziyanın prezidenti Raul Xadjimba ilə müxalifət nümayəndələrinin görüşü davam edir.
Görüşdə müxalifətin daxili işlər naziri Leonid Dzapşbanın vəzifədən azad olunması barədə tələbi müzakirə olunur.
Binanın qarşısına xüsusi təyinatlılar cəlb olunub və onlar mitinqçilərin irəliləməsinin qarşısını kəsiblər.
Siyasi Konyunkturalar Mərkəzinin direktoru Aleksey Çesnakov deyir ki, Abxaziya hakimiyyəti və müxalifəti dialoqa gəlməli və mövcud qarşıdurmanı daha təhlükəli həddə çatdırmadan tez və sülh yolu ilə həll etməlidirlər.
* * *22:00
Suxumidə müxalifətçilərin keçirdikləri mitinqdə iştirakçılar Abxaziyanın daxili işlər naziri Leonid Dzapşbanın ietefasını tələb edirlər.
“Sputnik Abxaziya”ya istinadən bildirir ki, onlar bu zaman qurumun giriş qapısını sındırıblar.
Məlumatda o da bildirilir ki, binanın ətrafına yanğnsöndürmə maşınları cəlb olunub. Amma su şırnaqlarından istifadə olunmayıb.
Binaya hücum edənlər bildiriblər ki, tanınmamış respublikanın rəhbəri Raul Xadjimba daxili işlər nazirini vəzifəsindən azad edənə qədər aksiyanı davam etdirəcəklər.
“İnterfaks”ın məlumatına görə, aksiyada 700 nəfərə yaxın adam iştirak edir. (virtual.az)
İnterpress.az