Verilən məlumata görə, rayonun Qapanlı kənd sakini, 1973-cü il təvəllüdlü Zoya Zeynalova müxtəlif bədən xəsarətləri və gözün kimyəvi yanığı əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, Z. Zeynalova qonşuları ilə dava zamanı döyülüb və onun gözünə kimyəvi maddə səpilib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)
İnterpress.az