İnterpress.az xəbər verir ki, bunu Dini Qurumlşarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan xalqına ünvanladığı təbrikdə bildirib.
Təbrikdə bildirilir: “Əziz dostlar! Sizi mərhəmət, xeyirxahlıq, birlik və bərabərliyi tərənnüm edən mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Ramazan ayı mənəvi paklığın, qardaşlığın, sülh və əmin-amanlığın rəmzidir. Qoy bu müqəddəs ayda edilən saf dualar Tanrı dərgahında qəbul olunsun və Uca Yaradan öz mərhəmətini xalqımızın üzərindən əskik etməsin\”.
İnterpress.az