Prorektorunun şikayətinə baxılıbbackend

Prorektorunun şikayətinə baxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, E. Həmidzadə üzərində olan məhkumluğun götürülməsi barədə ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Universitetdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə prorektor Elsevər Həmidzadə və universitetin daha 4 əməkdaşı təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İbtidai istintaq və məhkəmə zamanı təqsirləndirilən şəxslərdən yalnız Səbuhi Cəfərov barəsində həbs qərarı çıxarılıb.

Cinayət işi başlayandan sonra isə E. Həmidzadə vəzifəsindən azad olunub.

Səbuhi Cəfərov universitetdə işləməyib, universitetə kompüter və digər texniki vasitələrin satışını həyata keçirib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Cəfərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər barəsində isə 3 il müddətinə şərti cəza seçilib.
(apa)

İnterpress.az