Bu barədə Gürcüstan KİV xəbər verib.
\”Siyasi komandamızla məsləhətləşmələr əsasında belə qərara gəldik ki, mən dördillik fəaliyyətdən sonra tutduğum Acariya Muxtar Respublikasının hökumət sədri vəzifəsindən gedim və yeni ampluada ölkə və regiona xidməti davam etdirim. Qeyd etmək istəyirəm ki, mən vəzifədən getdikdən sonra \”Gürcü arzusu\” komandası ilə birgə seçkiqabağı proseslərdə fəal iştirak edəcəyəm\”, – Xabadze bildirib.
A.Xabadze 2012-ci il oktyabr ayının 30-dan Acariya hökumət sədri vəzifəsində çalışır. (virtualaz.org)
İnterpress.az