Rusiyada azərbaycanlı 18 min manat cərimələnib ölkədən çıxarılırbackend

Rusiyada azərbaycanlı 18 min manat cərimələnib ölkədən çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ayaqqabı təmiri ilə məşğul olan azərbaycanlı ölkədən çıxarılır. Məlumata görə, buna səbəb onun Rusiyada sənədsiz yaşamasıdır.

Rusiyanın vilayət üzrə Federal Miqrasiya Xidməti İdarəsinin məlumatına görə, bu yaxınlarda Omskda yaşayan iki əcnəbi vətəndaş miqrasiya qanunvericiliyini pozduğu üçün ölkədən çıxarılacaq. Onlardan biri Azərbaycan, digəri isə Özbəkistan vətəndaşıdır.

Hər iki şəxsi yoxlayarkən aydın olub ki, Azərbaycan vətəndaşı Lenin dairəsinin xüsusi köşkündə uzun müddətdir ki, ayaqqabı təmiri ilə məşğuldur. Onun Rusiyada yaşamaq üçün icazə sənədinin müddəti il yarım bundan əvvəl bitib.

Özbəkistan vətəndaşının da vəziyyəti həmyerlimiz kimidir. O isə burada tikinti şirkətlərdən birində mühafizəçi işləyirmiş.

Hər iki miqrant barədə inzibati protokol tərtib olunub. Onlar qanunları pozduqları üçün cərimə ödədikdən sonra ölkə hüdudlarından çıxarılacaqlar. Bundan başqa, onları işə götürənləri də 800 min rubl (18280 AZN) məbləğində cərimə gözləyir.

Bir müddət əvvəl də Rusiyada iki azərbaycanlı həbs edilib. Onlar gecə vaxtı dövlət sərhədini qanunsuz keçiblər. Azərbaycanlılardan biri 26 yaşlı Vəli Vəliyev, digəri isə 22 yaşlı Raci Xanəliyevdir. Saxlanılan şəxslər dövlət sərhədini qanunsuz pozduqları üçün onlar barədə cinayət işi açılıb. İttiham olunan iki azərbaycanlı şəxs 6 il azadlıqdan məhrum oluna bilər. (ans)

İnterpress.az