Son 3 gündə satışa çıxarılan maşınların təsadüfi olsa da, digər xəbərdə yazdığımız villalarla eyni anda elanı verilib.
Bu isə mülklərin eyni şəxsə aid olması ehtimalını artırır.
1Xəbər.com olaraq Bakıda satışa çıxarılan yarım milyonluq maşınları siyahı üzrə təqdim edir.
Sarı rəngli “Mercedes AMG GT” avtomobil salonunda satışa çıxarılıb. 2015 –ci il, 4 mühərrik həcmi (gücü) və 510 at gücünə malik olan bu avtomobil 230 min 555 ABŞ dollarına (356.000 manat) satışa çıxarılıb.
Təsadüfi deyil ki, eyni avtomobil salonu daha bir bahalı avtomobili bu ay satışa çıxarıb. “Mercedes S 65 AMG” markalı satışa çıxarılan avtomobil 6 mühərrik həcminə və 630 at gücünə malikdir. Sözügedən avtomobili 377 min 555 dollara (583 min manat) satışa çıxarılıb.
Daha bir avtomobil isə yenidən eyni avtomobil salonundan satışa çıxarılıb. “Rolls-Royce Wraith” markalı satışa çıxarılan avtomobil 6.5 mühərrik həcmi və 642 at gücünə malikdir. Sözügedən avtomobil isə 500 min 555 dollara (772.000 manat) satılır.
Avtomobil salonu avtomobilləri nağd olaraq satıldığını və ödəmənin qeyri-bank yolu ilə yəni, əldən ödənildiyini bildirir. Bu isə salonun (satıcının) vergidən yayınmasına gətirib çıxarır.
İqtisadçı – ekspert Qubad İbadoğlunun 1 Xəbər.com –a veridiyi məlumata görə, ölkəyə gətirilən avtomobillərin mühərrikinin həcmi 5 kub sm –dən çox olanda 13.900 manat, çox olan hissəsinin hər kub sm -ə görə isə 10 manat vergi aksiz vergisi ödənilir. Misal olaraq mühərrikin həcmi 5.5 kub sm olarsa 18.900 manat aksiz, 9.500 manat gömrük, ümumilikdə isə 28.400 manat aksiz və gömrük vergisi ödənilir.
Q.İbadoğlu həmçinin qeyd edib ki, avtomobillər yalnız ölkəyə gətiriləndə aksiz və gömrük vergisi ödənilir. Ölkədə yenidən satış aparıldıqda isə yalnızca rəsmiləşdirmə üçün rüsum ödənilir. Bu cür hesablaşma isə gizli iqtisadiyyat üçün böyük imkanlar yaradır. (1xəbər.com)
İnterpress.az