Məlumata görə, milyonlarla suriyalı kişinin döyüşmək üçün cəbhəyə, ya da döyüşməmək üçün Türkiyə, İordaniya, Livan və ya Avropa ölkələrinə getmək məcburiyyətində qaldıqları üçün geridə buraxdıqları nişanlıları da \”bəysiz\” toylarla evləndirilirlər.
Xüsusilə Suriyanın kürd bölgəsindəki Qamışlı kimi şəhərlərdə bu yeni tip toyların gün keçdikcə daha çox rast gəlindiyi deyilir.
Bəysiz toylarda gəlinlər gəlinlik geyinib, saçlarını və makiyajlarını həyatlarındakı bu xüsusi günə uyğun olaraq hazırlayırlar. Sonra da ailələrlə birlikdə toy fotoşəkilləri çəkilir. Bu toylardan sonra gəlin, ya Avropaya köç etmiş nişanlısının yanına getmək ümidiylə yola çıxır, ya da toyuna gələ bilməyən kürəkənlə bir gün qovuşacağı ümidiylə Suriyada ailəsinin yanında qalmağa davam edir.
Qeyd edək ki, Suriyadakı kişi əhalisinin nüfuzu köç və döyüş səbəbiylə böyük ölçüdə aşağı səviyəyə düşüb.
Döyüşdə ölən təxminən 400 min adamın böyük hissəsi kişilərdən ibarətdir. Ölkədə sayları azalmış universitetlərdə də daha çox qız öyrəncilər təhsil alır. Bu üzdən bəzi bölgələrdə bəysiz toyların sayı artmaqda davam etməkdədir. Bəysiz toyların xərci ortalama 300 azn tutur. Bu xərc salon kirayəsi, fotoqraf və musiqi qrupunun ödənişini əhatə edir. (moderator.az)
İnterpress.az