Xəbər verilir ki, Kopenhagen Universiteti mütəxəssislərinin araşdırması nəticəsində, gündə 1 litr kola içən kişilərdə sperma sayının yüzdə 30-a qədər azaldığı aydın olub.
2 min 554 kişi üzərində edilən araşdırmada, kola içməyən kişilərdə mililitrdə 56 milyon sperma olarkən, kola içənlərdə nisbət 35 milyon olaraq təsbit edilib.Kola asılılığı davam etdikcə sperma sayının daha da düşdüyü ifadə edilir.
Prof. Dr. Franciszek Lukaszczyk, kolanın yalnız sonsuzluq etmədiyini, kişilərin cinsiyyətinə də mənfi təsir etdiyini, həyata sanki zərbə vurduğunu vurğulayıb. (moderator.az)
İnterpress.az