“RİA Novosti” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Hadisə bu gün Hindistanın Uttar-Pradeş ştatının Merax şəhərində baş verib.
Məlumata görə, şəhər məhkəməsi 4 mərtəbəli ticarət mərkəzinin sökülməsi ilə bağlı qərar çıxarıb. Amma sökülmə zamanı binadakı insanlar təxliyyə edilməyib. Nəticədə, 4 nəfər dağıntılar altında qalaraq ölüb, daha 6 nəfərin də uçqunun altında qalması ehtimal olunur.
“Piyuş Qautam” yerli icmasının nümayəndəsi isə bu vəziyyətə görə şəhər rəhbərliyinin məsuliyyət daşıdığını inkar edib. Onun sözlərinə görə, ticarət mərkəzindəki insanlara 03.00-a qədər binanı boşaltmaqla bağlı xəbərdarlıq edilib. Bundan əlavə, onlara daha 3 saat da vaxt verilib və saat 06:00-da söküntü işlərinə başlanılıb.
Hazırda xilasedicilər dağıntılar altında qalanların çıxarılması üzrə əməliyyata başlayıblar. Hadisə qurbanlarının qohumları polisə yazlı ərizə ilə müraciət ediblər. (virtualaz.org)
İnterpress.az