Məlumata görə, bu fikirləri Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan bəyan edib.
Sabiq nazir deyib ki, bu gün Azərbaycan insan haqları və demokratiya sahəsində apardığı islahatlara görə Ermənistandan çox irəlidədir: “Serj Sarkisyan Bəşər Əsəd kimi hakimiyyəti zorla zəbt edib. Ona qarşı səsini çıxaranları dərhal həbsxanaya saldırır. Bu gün Ermənistan tarixində olmayan qədər biabırçı vəziyyətə düşüb. Ölkədə söz azadlığı, demokratiya Sarkisyan rejimi tərəfindən boğulur. Ermənistanı mafioz diktatorlar idarə edir”.
Aleksandr Arzumanyan əlavə edib ki, Ermənistan dünyada demokratik vəziyyətin monitorinqini aparan beynəlxalq təşkilatların siyahısında da anti-demokratik ölkə kimi ön sıralarda yer alır: “Sarkisyan hakimiyyəti Ermənistanın imicinə böyük zərbələr vurub. Onun quldur adamları bu gün Ermənistanda doğru sözü söyləyənlərə qənim kəsilib. Siyasi məhbusların sayı ildən-ilə artır. Siyasi məhbuslar həbsxanaya salındıqdan sonra isə orada onlara ağılasığmaz işgəncələr verilir”. (publika.az)
İnterpress.az