İraqda baş verən ağır yol qəzasında 17 nəfər həlak olub. Verilən məlumata görə, hadisə ölkənin qərbində yerləşən Əl-Kut şəhərinin şimalında baş verib.
Telekanalın polisə istinadən verdiyi məlumatda bildirilir ki, Əl-Kut istiqamətində hərəkət edən KİA markalı avtobus texniki nasazlıq səbəbindən yoldan çıxıb və Əl-Kutdan Bağdada gedən taksi ilə toqquşub. Nəticədə 17 nəfər – 5 nəfər taksidə və 12 nəfər avtobusda olan insan həlak olub. Ölənlər arasında 4 qadın və 2 uşaq var.
Hadisə yerinə polis gəlib, meyitlər morqa aparılıb (ans)
İnterpress.az