Qubanın qəzalı vəziyyətdə olan Zərqova kənd məktəbinin bərpası geçikir. 2015-2016 -cı dərs ilinin əvvəlində, nəhayət, İcra hakimiyyətinin dəstəyi ilə məktəbin əsaslı təmir və bərpasına başlanılıb. Binada məyyən qədər dəmir-beton işləri görülsə də, məktəbin damı, fasadı, döşəməsində heç bir iş aparılmayıb. Keçən ilin dekabr ayından məktəbdə başlanan təmir işləri yarımçıq qalıb.
Sinif otaqlarının divarlarında olan çatlar təmir işlərinin tezliklə bərpa edilməsinə ehtiyyac olduğuna işarə edir. Yeni dərs ilinin başlanmasına təxminən iki ay vaxt qaldığı bir vaxtda məktəbin bərpa işlərinə hələ də başlanılmaması yerli sakinləri ciddi narahat edir.
Kənd sakini Ramil Hacıbabayev də məktəbdə təmir işlərinin yarımçıq qalmasından gileylənir.
\”Hər dəfə deyirlər ki, gələn həftə başlayacağıq, gələcəyik, 1 ay sonra başlayacağıq. Gördüyünüz kimi, iş getmir. Baxmayaraq ki, yeni tədris ilinə iki ay qalıb, işdən əsər-əlamət yoxdu, gördüyünüz kimi, bayaq, çəkiliş də etdiz, orda 1 maşın sement daşlaşıb,yararsız hala düşüb\” – deyə Ramil Hacıbabayev bildirir.
Zərqova kənd məktəbi dərs ilində qəzalı olduğundan tədris qonşuluqdakı köhnə klub binasında aparılıb. Klub da tədrisə tam yararsız haldadı. Otaqlarda antisanitariya hökm sürür. Sinif otaqlarında yarasalar yuva salıb kı bunun nəticəsində də partaların üzəri yararsız vəziyyətə düşüb. Valideynlərin sözlərinə görə dərslərin keçirildiyi yer vərəm ocağına dönüb, lakin onlar risk edib yenə də övladlarını bura göndərirlər.
Quba təhsil şöbəsinin müdiri Loğman Müslümov Zərqova kənd məktəbinin bərpası üçün 400 min manat pul ayırdığını təsdiqlədi. Onun sözlərinə görə, hələlik həmin vəsait tikinti şirkətinin hesabına daxil olmayıb.
\”100 nəfər işçi qüvvəsi var. Pul köçürülən kimi bir aya bərpa işləri yekunlaşacaq\” – deyə Loğman Müslümov bildirirdi. (ans)
İnterpress.az