İnterpress.az xəbər verir ki, bu gün axşam saatlarında Lider televiziyanın əməkdaşı İlqar Qulusoy qəfil ürək tutmasından dünyasını dəyişib.
Məlumata görə, mərhum bu gün öz dostları ilə futbol oynayan zaman qəfil ürəyi tutub və yerindəcə keçinib. Hazırda onun meyiti ekspertizaya aparılıb.
Yaxınlarının dediyinə görə, İlqar Qulusoyun əvvələr də ürəyində problemlər olub.
Qeyd edək ki, İ.Qulusoy evlidir, iki övladı var.
Allah rəhmət eləsin!
İnterpress.az