Nobel mükafatçısının icadı “adamyeyən”ə çevrildibackend

Nobel mükafatçısının icadı “adamyeyən”ə çevrildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft ləkələri ilə mübarizə üçün yaradılmış “Sintiya” adlı sintetik bakteriya ABŞ-ın və Aralıq dənizinin çimərliklərinə yaxınlaşır.

Rusiya mediasın verdiyi xəbər görə, bu bardə Britaniyanın The Guardian nəşri yazır.

Bu bakyeriya 2010-cu il aprelin 20-də Meksika körfəzində neft platforması partladıqdan və neft axımı əmələ gəldikdən sonra yaradılıb. Qara neft ləkəsinin sahəsi 100 kv.km təşkil edirdi. Nobel mükafatı laureatı Hemilton Smit tərəfindən yaradılmış “Sintiya” bakteriyası dünyada təbii DNK-sı olmayan yeganə canlı orqanizmdir. Bu varlıq tədricən neft ləkəsini “udmalıydı”… Lakin tədricən mutasiyaya uğramış bakteriya canlı orqanizmləri də “yeməyə” başlayıb. Onun “fəaliyyət” dairəsində dəfələrlə qəribə hadisələr qeydə alınırdı: 5 minədək quşun, 100 min balığın kütləvi ölümü və s.

Bundan sonra sözügedən platformadakı qəzanın qarşısının alınmasında iştirak etmiş 128 BP əməkdaşına dövlət səhiyyə müəssisələrinə müraciət etmək də qadağan edildi. ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin xəbər verdiyinə görə, 2014-cü ildə “Sintiya” bakteriyası ucbatından 97 insan xəstələnmişdir ki, onlardan 27-si sonradan həlak olub.

Britaniya nəşri yazır ki, həmin bakteriyaya iki yolla yoluxmaq mümkündür: suya girərkən bədəndə kiçicik yara, cızıq olduğu halda, yaxud çiy dəniz məhsulu yeməklə. Bakteriya bədənə düşdükdən sonra dəri və əzələlər arasındakı qatlara daxil olaraq canlı toxumanı dağıdan toksin(zəhər) ifraz etməyə başlayır…

The Guardianın veridyi xəbərə görə, sadəcə, ayaqlarını suya salmış Texas sakini cəmi bir neçə saat ərzində aşağı ətraflarının amputasiyası təhlükəsi ilə üz-üzə qalmışdır.

“Sintiya”ya yoluxmanın ilk əlamətləri ürəkbulanma, dəridə suluqlar yaranması və qarın-bağırsaq pozuntularıdır. Yoluxmadan iki saat sonra isə ölüm baş verə bilər.

Şükürlər ki, Xəzərin okeanla və Aralıq dənizi ilə birbaşa əlaqəsi olmadığından ölümcül ”Sitsiya” bakteriyasının Azərbaycana gəlmə ehtimalı hələlik çox azdır…Neft ləkələri ilə mübarizə üçün yaradılmış “Sintiya” adlı sintetik bakteriya ABŞ-ın və Aralıq dənizinin çimərliklərinə yaxınlaşır. (moderator.az)

Nobel mükafatçısının icadı “adamyeyən”ə çevrildi

Nobel mükafatçısının icadı “adamyeyən”ə çevrildi

Nobel mükafatçısının icadı “adamyeyən”ə çevrildi

İnterpress.az