Şeyxin boşadığı qadın 75 milyona yaxın durmur – FOTOLARbackend

Şeyxin boşadığı qadın 75 milyona yaxın durmur – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin Londonun Ali Məhkəməsi bu məbləği çox sayıb. Kristina Estrada isə narazıdır və deyir ki, məhkəmənin müəyyənləşdirdiyi təzminatın məbləği ona azlıq edir.

Milyarder şeyx Valid 12 illik nikahdan sonra Kristina Estradanı boşamış, 25 yaşlı livanlı model Luyan Adada ilə evlənmişdi. Valid Cuffalinin yeni nikahından artıq 2 qızı var. Kristina da özünü təhqir olunmuş sayaraq mənəvi təzminat qismində 196 milyon funt-sterlinq istəyirdi. Onun dediyinə görə, \”adət etdiyi, alışdığı həyat tərzini davam etdirmək üçün\” məhz bu qədər pula ehtiyacı var.

Sabiq əri Kristina Estradaya 2 dəbdəbəli malikanə, 5 super avtomobil, brilyant bəzəklər kolleksiyası və nəhəng qarderob bağışlayıb. Kristina Estrada isə bədxərcdir. O, ildə alış-verişə milyonlarla funt-sterlinq xərcləyir. Şeyx Valid sabiq arvadına mənəvi təzminat qismində 38 milyon funt-sterlinq təklif edirdi.

\”Bu pul çox azdır. Onun təklif etdiyi pulla yaşaya bilmərəm. Baxın, hesabları və çekləri təqdim edirəm. İldə yalnız paltarlara 1,3 milyon funt-sterlinq, ayaqqabılara 27 min funt, xəz kürklərə – 52 min funt, donlara 140 min funt xərcləyirəm. Bahalı, dəbdəbəli həyata alışmışam. Başqa cür yaşamaq mənə çox çətindir\”, – Kristina Estrada məhkəmədə etiraz etmişdi.

Məhkəmə qadının şikayətlərini nəzərə alaraq mənəvi təzminatın məbləğini 75 milyon funt-sterlinq qismində müəyyənləşdirib. \”Yeni məbləğin də mənə bəs edəcəyini düşünmürəm. İki qızım var və onlar da cah-cəlal içində yaşamağa alışıblar\”, – Kristina Estrada şikayətlənir. (milli.az)

Şeyxin boşadığı qadın 75 milyona yaxın durmur - FOTOLAR

Şeyxin boşadığı qadın 75 milyona yaxın durmur - FOTOLAR

Şeyxin boşadığı qadın 75 milyona yaxın durmur - FOTOLAR

İnterpress.az