Məlumata görə, bu, İspaniyada 1985-ci ildən matadorun arenada ölməsi ilə nəticələnən ilk hadisədir.
Öküzün buynuzu ilə zərbə endirməsindən yerə yıxılan toreodor xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Sabah arenada nümayişlər bir dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, İspaniyada son 100 il ərzində öküz zərbələrindən 34 peşəkar matador ölüb. (trend)
İnterpress.az