Azərbaycanda ana ölümlərinin sayı açıqlanıbbackend

Azərbaycanda ana ölümlərinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyindən məlumata görə, ana ölümlərinin əsas səbəbi ağır preeklampsiya olub. Geriyədönməz proses olan preeklampsiya olduqda bütün orqanlarda qansızmalar olur, həyati vacib orqanlarda dəyişiklik gedir.

Ağır preeklampsiyanın müalicəsi olmadığından onun qarşısını almaq üçün mütəmadi olaraq, həkim nəzarətində olmaq lazımdır. Əgər qadının hamiləliyi nəzarətdə saxlanılarsa, xəstəliyin diaqnozu erkən mərhələdə qoyularsa və müalicə vaxtında aparılarsa, hamiləlik pozulmur və ölüm baş vermir.

Nazirlikdən bildirilib ki, hamilə qadınlarda bır sıra patalogiyalar ana ölümü riskini artırır. Bunun qarşısını almaq üçün hamilə qadınlar vaxtında qeydiyyata düşməli, mütəmadi həkimə müraciət etməlidirlər. Həmçinin belə halların baş verməməsi üçün qadınlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır. (trend)

İnterpress.az