Lakin şirniyyatlar, qızardılmış yeməklər və s. qidalar kalorili və ziyanlıdır, üstəlik, saat 18:00-dən sonra ümumiyyətlə yemək olmaz. Bəzən şam yeməyini təzəcə yedikdən sonra birazdan aclıq hiss edir, ac və qəzəbli olursunuz, bir saat gec şam yeməyi yedikdə günahkarlıq hissi baş qaldırır və daim sellülit və artıq çəki haqqında düşünməyə başlayırsınız…
Lakin bundan çıxış yolu var. Olduqca çox faydalı və qida maddələrinə malik və bununla yanaşı da bədən quruluşu üçün zərərli olan kalorinin az olduğu 15 məhsulu kökəlmək haqqında düşünmədən doyunca yeyə bilərsiniz.
1. Kərəviz
Sıfır kaloriyə malik klassik qidadır (əsasən sudan ibarətdir). Kərəvizin 100 qramlıq porsiyasında cəmi 16 kalori vardır.
2. Brokoli
Tərkibində lif miqdarı çoxdur və lif həzm sisteminə yardım etməklə bərabər toksinlər və zərərli tullantıları da bədəndən xaric edir. 100 qramlıq porsiyasında 34 kalori vardır.
3. Alma
Almanın tərkibində əslində bu siyahıda sadalanan bütün məhsullardan daha çox kalori vardır. 100 qramlıq porsiyasında 52 kalori mövcuddur. Lakin almanın tərkibində çox miqdarda faydalı liflər, antioksidantlar, vitaminlər və minerallar vardır.
4. Xiyar
Bu tərəvəz demək olar ki bütünlüklə sudan ibarətdir və 100 qramında cəmi 16 kalori vardır. Bədən quruluşuna nəzarət edənlər üçün ideal qidadır.
5. Portağal
Portağalın orqanizm üçün faydası müzakirəolunmazdır. Bu meyvənin tərkibində çox miqdarda vitamin C və liflər vardır ki, bunlar da orqanizmi toksinlərdən və zərərli tullantılardan təmizləyir. Portağalın 100 qramında digər meyvələrdən daha az – 47 kalori vardır.
6. Kələm
Kələm xərçəng və ürək xəstəlikləri ilə mübarizə aparan müalicəvi xüsusiyyətləri ilə məşhurdur. Bu tərəvəz həmçinin artıq çəki ilə mübarizədə yardımçı olur, çünki 100 qramlıq porsiyasında cəmi 25 kalori vardır.
7. Gül kələm
Gül gələm iltihab əleyhinə xüsusiyyətlərə malikdir, ürəyi gücləndirir və həzmi asanlaşdırır. 100 qramında cəmi 25 kalori vardır.
8. Qulançar (quşqonmaz)
Dadlı, yüngül və faydalı məhsuldur. 100 qramında cəmi 20 kalori vardır.
9. Qıvırcıq kələm
Qıvırcıq kələm ən qidalandırıcı məhsullardan sayılır, onun tərkibində böyük miqdarda vitaminlər, minerallar, zülallar və liflər vardır. 100 qramı 49 kaloriyə malikdir.
10. Göbələk
Göbələyin demək olar ki bütün növləri az kaloriyə malik olmağı ilə məşhurdur. Xoruz göbələyinin 100 qramında cəmi 38 kalori, şampinyon göbələyində isə daha az – 27 kalori vardır.
11. Kök
Kök görmə qabiliyyəti üçün faydalı olmaqla yanaşı iltihab əleyhinə, sidikqovucu və ümumi gücləndirici xüsusiyyətlərə də malikdir. 100 qramında cəmi 41 kalori vardır və olduqca faydalıdır.
12. Brüssel kələmi
Xaççiçəklilər fəsiləsindən olan brokoli, Brüssel kələmi, gül kələmi kimi tərəvəzlər orqanizm üçün olduqca faydalıdır və aşağı kaloriyə malikdir. 100 qramında cəmi 43 kalori vardır.
13. Qarpız
Qarpız bir çoxlarının sevimli meyvəsidir. Şirin və şirəli olan qarpızın 100 qramı cəmi 30 kaloriyə malikdir. Tərkibində yüksək dərəcədə antioksidantlar və digər faydalı maddələr mövcuddur.
14. Kabaçok
Kabaçok 100 qramlıq porsiyada cəmi 17 kaloriyə malikdir. Yay üçün ən dadlı, olduqca faydalı və aşağı kalorili tərəvəzdir.
15. Soğan
Soğan müxtəlif və gündəlik reseptlər üçün istifadə olunur. Gündəlik olaraq yeməklərə əlavə etdikdə onun 100 qramının 40 kaloriyə malik olduğunu bilmək xoşdur. Təbii ki, faydalı və aşağı kalorili məhsulların siyahısı daha uzundur. Çuğundur, limon, pomidor, greypfrut, turp… da bu qəbildəndir. (saglamolun.az)
İnterpress.az