Qida zəhərlənməsindən 354 nəfər zərər çəkibbackend

Qida zəhərlənməsindən 354 nəfər zərər çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il 1 nəfər qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev yanvar-iyun aylarında qeydə alınan qida zəhərlənmələri nəticəsində 354 nəfər zərər çəkdiyini bildirib.

6 ay ərzində ölkədə qeydə alınan 25 botulizm hadisəsi nəticəsində isə 27 nəfər zəhərlənib.

İ. Abdullayev qeyd edib ki, cari ilin iyun ayında isə 65 qida zəhərlənməsi hadisəsi nəticəsində 79 nəfər zəhərlənib. Onun sözlərinə görə, 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda zəhərlənmə qeydə alınıb.

İnterpress.az