Qaynar-qaynar…. – ceburekibackend

Qaynar-qaynar…. – cebureki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İçlik üçün:
500 qr qoyun və ya mal əti
1 ədəd iri baş soğan
50 ml su
1 ç.q. duz, istiot
Bitki yağı

Xəmir üçün:
3 st un
1 st su
2 x.q. bitki yağı
1 ç.q. duz

Hazırlanması:
İri kasaya unun yarısı ələnir, üzərinə duz, qaynar su, bitki yağı əlavə edilir, xəmir yoğrulub 15 dəq. saxlanır.
Sonra xəmirin üzərinə yerdə qalan un qatılıb təkrar yoğrulur.
Xəmir 30 dəq. soyuducuya yerləşdirilir.

Ət və baş soğan ətçəkən maşininin iri gözündən keçirilir.
Üzərinə su, duz, istiot əlavə edilib qarışdırılır.

Xəmir 8 kündəyə bölünür, dairəvi şəkildə yayılır, bir hissəsinə içlik qoyulub digər hissə ilə bağlanır.
Ehtiyatla üstündən oxlovla keçirilib, çəngəllə deştəklənir.
10 dəq. saxlanıb bolluca yağda qızardılır.

İnterpress.az