Məlumata görə, bu barədə Bukinqham sarayının instaqram səhifəsində elan paylaşılıb. Elanda kral ailəsinin potensial işçiyə ildə 17 min funt – sterlinq (təxminən 38 min manat) ödəyəcəyini qeyd edilib.
Qabları yuyacaq şəxs həftədə beş gün işləyəcək. İşə götürülən şəxsə 33 gün məzuniyyət veriləcəyi, onun təkcə Bukinqham sarayında deyil, Vindzor qəsri də daxil olmaqla digər iqamətgahlarda da işləyəcəyi bildirilib.
Elanda iş üçün müraciət edən şəsxlərdən iş təcrübəsi tələb olunmadığı, ona sarayda lazımi treninqlər keçirləcəyi vurğulanıb. (publika.az)
İnterpress.az