İrandan xəbərdarlıq: ‘Əsəbiləşsək, devirəcəyik’backend

İrandan xəbərdarlıq: ‘Əsəbiləşsək, devirəcəyik’

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, bu sözləri öz İnstaqram səhifəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzai paylaşıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının “münafiqlər”ə (İran rəhbərliyinin Xalq Mücahidlərinə verdiyi ad. – red.) dəstəyi son illər artıb:

“Bir neçə ay öncə Səudiyyə rəsmiləri Ərbil şəhərində kürd terrorçularla görüşdülər. Biz bu kürd terrorçuların hansı aksiyalarda iştirak etdiyini gördük. Biz gec əsəbiləşirik, amma əsəbiləşsək, Əl-Səud hakimiyyətindən heç bir şey saxlamayacağıq”.

Qeyd edək ki, bir müddət öncə 1981-ci ildə İrandan sürgün edilən Xalq Mücahidləri Təşkilatı Parisdə “Azad İran” adlı toplantı keçirib. Toplantıya Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat şefi şahzadə Türki Faysal əl-Səud da qatılıb.

Ən böyük müxalif qruplardan sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra təşkilatın minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. (musavat)

İnterpress.az