Laqunda ilə üzünü kəsdibackend

Laqunda ilə üzünü kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, hadisə rayonun Liman şəhərində baş verib.
Şəhər sakini, 31 yaşlı Fərman Cavadlı fərdi tikinti sahəsində motorlu kəsici alətlə (laqunda) işlədiyi zaman ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Hadisənin şahidi olan iş yoldaşları onun tavan hissədə bərkidilmiş taxta lövhəni kəsdiyi zaman ehtiyatsızlıq etdiyini görüblər. Üzüyuxarı çalışdığı an əlində sürətlə fırlanan diskli kəsici alət onun alın və sifətinin sağ tərəfini kəsib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub. (milli.az)

İnterpress.az