Bu barədə Arqument.az-a E.Süleymanov bildirib.
O, müraciətində qeyd edib ki, iyunun 28-də məhkəməyə \”Beynəlxalq Bank\”a borcu ilə əlaqədar çağrılıb.
E. Süleymanlı icra şöbəsində ədliyyə kapitanı Anar Qurbanovun qəbulunda olub: \”Mənə 10 gün ərzində tam borcumu ödəməyi əmr etdi. Ona 7-8 ay çətinliklə də olsa, banka borcumu ödədiyimi, ancaq son aylar işsiz olduğum üçün ödəniş etməyə imkanım olmadığını bildirdim, ancaq o məni hədələməyə, təhqir etməyə başladı.
Ona dövlət məmuru olduğunu xatırladanda ayağa qalxaraq məni sillə və yumruqla vurdu. Sonra da nalayiq sözlərlə təhqir edərək \”Hansı yolla olursa-olsun, sənə borcu ödətdirəcəm”, – dedi. Mən orada qalmaqdan imtina edib, bayıra çıxdım, ancaq o mühafizəyə əmr verərək, məni təkrar içəri gətizdirdi. Onun barədə şikayət edəcəyimi dedikdə, kobud sözlərlə təhqirinə davam etdi: \”Beş manatlıq köynək geyinib, kişi-kişi danışma, səni pulla alaram\”.
E. Süleymanlı qeyd etdi ki, olayla bağlı Daxili İşlər Nazirliyinin \”102\” Qaynar xəttinə zəng edib.
Sabunçu rayon 13 saylı Polis İdarəsinin əməkdaşı gələrək məsələ ilə maraqlanıb. (moderator.az)
İnterpress.az