“Xəstəxananın baş həkiminin qoyduğu qaydaya əsasən hər ay həkimlərdən müəyyən məbləğdə pul yığılır.
Hansı həkimin nə qədər pul ödədiyi haqda qeydiyyat aparılır. Lakin xəstəxananın işçilərindən biri bu dəftəri ələ keçirərək, onu ictimailəşdirmək qərarına gəlib. Zaqatala xəstəxanasının rəhbərliyi bu dəftərin ələ keçdiyindən xəbərdardır. Bu dəftərin kimdə olduğunu axtarırlar, xəstəxanada hamı bir-birinə dəyib”, – mənbə bildirir.
Beləliklə, xəstəxananın “rüşvət dəftəri” əlimizdədir. Bununla bağlı araşdırma yazısı oxuculara təqdim ediləcək.(basta)
İnterpress.az