Birləşmiş Krallıqda cinsiyyətin dəyişdirilməsi üzrə 14 klinikanın hamısında pasientlərin sayı artmaqda davam edir. Bunlardan bir neçəsində əməliyyatlara tələbat 100 faiz yüksəlib. Londondakı Charing Cross xəstəxanasında pasientlərin sayı son 10 ildə dörd dəfədən çox artaraq 2006-2007-ci ildəki 498-dən 2015-ci ildə 1892-yə çatıb.
Klinikanın psixiatriya məsləhətçisi James Barrett deyib ki, vəziyyət bu şəkildə davam edə bilməz. Nottingham xəstəxanasına cinsiyyət dəyişdirilməsi üçün göndərişlərin sayı səkkiz ildə 28 dəfə artıb. Mütəxəssislər xəbərdarlıq ediblər ki, belə göndərişləri olan pasientlərin uzun müddət cərrahiyyə əməliyyatı gözləməsi transgenderlər üçün təhlükəlidir. Bu adamlar uzun gözləmə müddətində depressiyaya düşür və hətta intihara əl atırlar. Ziddiyyətli statistika \”The Guardian\” yazır ki, bugünə olan məlumata görə Britaniyada dövlət səhiyyəsi tərəfindən cinsiyyət dəyişməsi üçün cərrahiyyə və ya hormon müalicəsi gözləyən 15 min pasient var.
Bunlardan 2700-ü uşaqlardır. Transgender fəalları bildirirlər ki, bu rəqəm aysberqin yalnız görünən ucudur. Məqalədə deyilir ki, beynəlxalq araşdırmaya görə trangenderlərin sayı rəsmi sənədlərdəkindən qat-qat çoxdur. Avropa İttifaqı Təməl Haqlar Agentliyinin məlumatına görə Belçika, Hollandiya və Yeni Zelandiya əhalisinin 1 faizini transgenderlər və buna meylli insanlar təşkil edirlər.
\”The Guardian\” yazır ki, ən ehtiyatlı təxminlərə görə Britaniyada 130 min cinsi uyğunsuzluq yaşayan insan var. Bu adamlar gec-tez cərrahi müdaxilə və ya hormon müalicəsi üçün dövlət səhiyyəsinə müraciət edəcəklər (BBC).
İnterpress.az