Ölkədə peşəkar idmanın real vəziyyəti, ehtiyacların müəyyən olunması və tələblərə cavab verən idman təhsilinin təşkili, ixtisaslı kadrların yetişdirilməsinin məhz belə əməkdaşlıq nəticəsində mümkün ola biləcəyini nəzərə alaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə mövcud əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən Əməkdaşlıq haqqında Memorandum imzalamaq barədə razılığa gəlmişlər.
Tərəflər memoranduma uyğun olaraq Akademiyada velosiped idman növünün təşviq edilməsi və tələbələrin bu idmana marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin Federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər. Gələcəkdə bu idman növü üzrə müəyyən ödənişli əsaslarla mütəxəssislərin yetişdirilməsi, onların yerli və beynəlxalq yarışlarda iştirakına qarşılıqlı dəstək verilməsi istiqamətində də razılıq əldə olunmuşdur. Bundan əlavə, sənəddə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə yüksək ixtisaslı peşəkar kadr hazırlığını həyata keçirmək, Federasiyanın ehtiyaclarını müəyyən edərək müvafiq təlimləri təşkil etmək, birgə elmi-tədqiqat işlərini aparmaq nəzərdə tutulur.
Memorandum bir sıra istiqamətlər üzrə sıx əməkdaşlığı nəzərdə tutur və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitze-prezidenti Sahib Ələkbərov arasında imzalanmışdır.
Interpress.az