Liimon və kəklikotulu buzlu çay – metabolizmanı sürətləndirib güc verir.
Tərkib:
5 budaq kəklikotu
1 ədəd darçın çubuğu
2 limon
3 ədəd paket çay
6 st. su
Zövqə görə şəkər
Hazırlanması:
Limonun qabığını rəndələyin, suyunu sıxın. Bir qazana suyu tökün. Ədviyyatları, limon suyunu və limon qabığı rəndəsini əlavə edib, orta odda kaynadın.
Qaynamağa başlayandan ocaqdan götürün. Paket çayları və istədiyiniz miqdarda şəkəri də əlavə edib, 5 dəqiqəyə dəmləyin.
Dəmlənəndən sonra paket çayları götürün və otaq temperaturunda 1 saat soyudun. Süzgəclə içkini süzüb, soyuducuya qoyun. Soyuduqdan sonra içkiniz hazırdır.
Nanəli isti şokolad
Bu içki çox dadlı olması ilə yanaşı, həm də faydalıdır. Səhər acqarına içsəniz, sizi canlandıracaq.
Tərkib:
1 fincan süd
100 qr qaymaq
170 qr bitter şokolad
1 x.q. şəkər tozu
1 fincan nanə yarpağı
Zövqə görə karamel, çalınmış qaymaq
Hazırlanması:
Süd, qaymaq, şəkər və nanə yarpaqlarını bir qazana töküb, orta odda qarışdırın. Qaynayandan ocaqdan götürün. Qapağını bağlayıb 10 dəqiqə gözləyin. Nane yarpaqlarını təmizləək üçün süzgəclə süzün.
Daha sonra şokoladı kiçik parçalara ayırıb südlü qarışımın içinə atın. Orta odda şokolad əriyənə qədər qarışdırın. Ocaqdan götürüb köpüklənənə qədər mikserlə çırpın. Stəkanlara tökün və çalınmış qaymaq, nanə yarpaqları, yaxud karamellə istədiyiniz kimi bəzəyi (lent.az)
İnterpress.az