Prezident Obama hüquq-mühafizə orqanlarının əməkdaşları və azlıqda olan icmaların nümayəndələri arasında irq məsələsinə dair dərin fikir ayrılıqlarının mövcud olduğu ölkədə birliyə çağırışlar edib.
\”Amerikanın səsi\” bildirir ki, mərasim zamanı çıxışında prezident Obama deyib: \”Amerikada irqi münasibətlərdə böyük müsbət dəyişikliklər olub, lakin qərəzlilik qalmağa davam edir. Bizim heç birimiz günahsız deyilik\”.
Dallasda anım mərasimində ABŞ-ın vitse-prezidenti Co Bayden və ABŞ-ın keçmiş prezidenti Corc Buş da qatılıblar.
Bu, Obamanın prezidentliyi dövrü kütləvi qətl hadisələri ilə əlaqədar 11-ci çıxışıdır.
Dallasda qaradərili snayper keçən həftə Minnesota və Luiziana ştatlarında polis işçilərinin qaradərili iki nəfəri qətlə yetirməsinə etiraz olaraq keçirilən dinc yürüş zaman beş polis zabitini qətlə yetirib. Hadisə nəticəsində doqquz polis zabiti və iki mülki vətəndaş yaralanıb.
Barak Obama çıxış edərkən onun arxasında oturmuş polislər arasındakı qadın zabit mürgüləyib, sonra yatıb. (milli.az)
İnterpress.az