Nazir: “Hərbi qulluqçulara kompensasiya ödənəcək”backend

Nazir: “Hərbi qulluqçulara kompensasiya ödənəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Qərarın tələblərinə əsasən sənədlərin toplanması, kompensasiya məbləğinin hesablanması və ödənilməsi işinin təşkili məsul vəzifəli şəxslərdən yaradılan müvafiq komissiyalar tərəfindən həyata keçiriləcək.

İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün hərbi qulluqçu ərizəni yalnız poçt rabitəsi xidmətləri vasitəsilə həqiqi hərbi xidmətdən buraxılarkən xidmət etdiyi hərbi hissə və ya müəssisəyə, hərbi hissə ləğv edilmişsə, onun tabeliyindəki yuxarı idarəetmə orqanına göndərməlidir.

İnterpress.az